Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror voleybolçu qadını öldürməkdə təqsirləndirilənə cəza istədi
Namiq Vəkilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını boğub, daha sonra başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib. Bizimyol.info hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb

Dövlət ittihamçısı çıxış edərək Namiq Vəkilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilənin vəkilləri Adəm Məmmədov və Namiq Hacıyev çıxış üçün vaxt isəyiblər.

Proses aprelin 30- da davam edəcək.

Hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Başına sellofan torba keçirilmiş vəziyyətdə qadının meyit tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub. Onu qətlə yetirməkdə təqsirləndirilən Qazax rayon sakini Namiq Vəkilov Qazax rayonunda saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »