Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Birlik Dövlətinin dövlət katibi ilə görüşəcək
Lukaşenko Birlik Dövlətinin dövlət katibi ilə görüşəcək

Belarus lideri Aleksandr Lukaşenko bazar ertəsi günü Rusiya və Belarus Birlik Dövlətinin dövlət katibi Sergey Qlazyevlə görüşəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxın olan "Pool Pervogo" Telegram kanalı məlumat verib.

Kanalın məlumatına görə, dövlət katibi artıq İstiqlal Sarayına gedib.

Bir müddət əvvəl Qlazyev Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasının 25 fevralda Moskvada keçiriləcəyini açıqlamışdı. 8 fevralda Rusiya prezidenti Vladimir Putin və Lukaşenko telefon danışığında Ali Dövlət Şurasının iclasına hazırlıq da daxil olmaqla bir sıra aktual beynəlxalq məsələləri müzakirə ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »