Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda narkomanların sayı açıqlandı
Hazırda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 29 min 448 nəfərdir. Onlardan 612-sı qadındır.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Narkoloji Disponserdə keçirilən tədbirdə mərkəzin direktor müavini Bilal Əsədov bildirib. O qeyd edib ki, opiodlərin qəbulu nəticəsində 20 min 576, kannabioidlərin qəbulu nəticəsində 8 min 872 nəfər qeydiyyata alınıb. 183 nəfər isə toksikoman kimi qeydiyyatda olub.

Ötən il isə 2 min 142 nəfər narkoman qeydiyyata götürülüb. İnfeksion narkotik istifadəçilərinin sayı 20 min 576 nəfərdir, onlardan 459-u qadındır.

Bu ilin 6 ayında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş şəxslər müayinədən keçiriliblər, 6 ayda 1089 nəfər yoxlanılıb. Onlardan 657-si məcburi müayinəyə cəlb edilib. Mülkü işlə bağlı narkoloji tibbi müəssisəsində məcburi müalicədə olan narkotik istifadəçisi 21 nəfərdir, 16 nəfər hələ də müalicəsini davam etdirir.

Tədbirdə o da bildirilib ki, bu ilin 6 ayında sərxoşluğa görə 11 min 952 nəfər yoxlanılıb, onların 402-si narkotik istifadəçisidir.

Bilal Əsədov qeyd edib ki, bu mərkəzə əsasən könüllü gəlirlər: "Metadonla əvəzedici müalicə proqramı var. Xəstələrə vaxtı-vaxtında dərmanlar verilir. Bu proqram həm də cinayətkarlığın qarşısını almağa yönəldilib".

"Narkotik istifadəçisinin yaş qrupu cavanlaşıb. Qeydiyyatda olanların əksəriyyəti daha çox 25-44 yaşlılardır. Ölkədə 14-17 yaşlı 5 toksikoman var” , - deyə mərkəzin şöbə müdiri Pərvin Məmmədov bildirib.

Mərkəzin şöbə müdiri Afət Məmçədova isə deyib ki, metadonun alıb gətirilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Əsas məqsəd narkoloji şəxslərin cəmiyyətə qaytarılmasıdır. Dərman qəbul edən şəxslər öz işlərinə qayıdırlar.

[gallery columns="1" size="large" ids="5733,5734,5735">

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »