Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda jurnalist həmkarlar ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans keçirilir
Bu gün Bakıda Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Azərbaycanda jurnalist həmkarlar ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilir.

Konfransı açıq elan edən JuHİ sədri Müşfiq Ələsgərli layihə haqqında və Azərbaycan mediasında əmək hüquqları barəsində məlumat verib.

Konfrans üç sessiyadan ibarət olacaq. Birinci sessiyada “Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar”, ikinci sessiyada “Əmək standartları və sosial dialoq: kollektiv sövdələşmələr”, üçüncü sessiyada “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri” mövzularında natiqlər çıxış edirlər.

Beynəlxalq Jurnalistlər Federasiyanın “Cənubi Qafqazda jurnalist həmkarlar ittifaqlarının bacarıqlarının artırılması” layihəsinin Azərbaycandakı icraçısı JuHİ Avropa Komissiyasının donorluğu ilə “Həmkarlar ittifaqı təşkilatı üzvünün” və “Kollektiv danışıqlar və kollektiv müqavilələr” kitabları təqdim olunub.

[gallery columns="1" size="large" ids="5721,5722">

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »