Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu avtobus marşrutları Sumqayıta buraxılmır - Fotolar
Xırdalan-Sumqayıt və Saray-Sumqayıt marşrut xətti üzrə hərəkət edən 522A, 522B və 523 nömrəli avtobuslar Sumqayıta buraxmırlar.

Durumdan rahatsız olan sərnişinlərə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bildirib ki sürüclərin sənədləri qaydasında olmadığı üçün avtobusların şəhərə girişi qadağandı.

Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.

Qeyd edək ki bir neçə ay öncə də belə hadisə olmuşdu. O zaman “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmov bildirib ki, həmin marşrut avtobuslarının bəziləri kiçik həcmli və köhnə, standartlara cavab verməyən mikroavtobuslardır: “Həmin marşrut avtobuslarında həmçinin natəmizlik hökm sürür. Bu səbəbdən həmin marşrutların fəaliyyətini müvəqqəti dayandırmışıq. Əgər sahibkar xəttə iritutumlu avtobuslar buraxarsa, marşrutların fəaliyyəti bərpa olunacaq”.

Ramid İbrahimov

[gallery columns="1" size="full" ids="57187,57188,57189,57190,57191,57192">

Son xəbərlər
Bütün xəbərlər »