Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının iqlimi – neft qoxulu torpaqlarda bitən möcüzələr
Bakı torpaqları məhsuldarlığına görə öz spesifikası ilə fərqlənir.

Bir çox tarixi mənbələrin yazdığına görə, Abşeron torpağı və onun qoynunda yerləşmiş Bakı uzun illər ərzində həqiqətən "yaşıllıqdan məhrum olan, torpağında heç nə bitməyən bir məkan" kimi tanınıb. Doğru deyiblər ki, bu dünyada bir tikilən, bir də əkilən qalır. Paytaxt Bakının yaşıllaşdırılması tarixi bu deyilənləri bir daha sübut edir. Ötən əsrin əvvəllərində Bakının yaşıllaşdırılmasında şəhərin o zamankı komendantı Xovenin böyük xidmətləri olub.Məşhur "Malakan bağı" da məhz Xovenin təşəbbüsü və vəsaiti ilə salınıb.Məlumatlara görə bu komendant bütün gəmi sahiblərinə və kapitanlara göstəriş veribmiş ki, hər bir gəmi geriyə - Bakıya qayıdarkən müəyyən miqdarda torpaq gətirsin. O zaman bu əmri pozanları yüksək məbləğdə cərimə gözləyirmiş.Bakının yaşıllaşdırılması ilə bağlı materiallar içərisində digər maraqlı bir fakt da var. Məlumata görə şəhərin ilk bağbanı milliyyətcə yunan olan Drakopulo adlı şəxs olub. Ümumiyyətlə Abşeronun yaşıllaşdırılmasında Drakopulonun əvəzsiz xidmətləri olduğu bildirilir.Daha sonralar hakimiyyətə gəldiyi illərdə Heydər Əliyev Bakı şəhərinin yaşıllaşdırılmasına xüsusi diqqət yetirirdi və bu zəhmət öz bəhərsini verdi.

Bu gün Bakı yaşıllıqlar içərisində üzsə də, bu torpaqların əkilib becərilməsi xüsusi zəhmət və peşəkarlıq təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu müntəzəm olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə birgə 2015-2016-cı illərdə paytaxtın müasir landşaft memarlığı əsasında yaşıllaşdırılması, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorativlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması, qorunub saxlanılması və bərpası istiqamətində birgə tədqiqatlar aparır.

Bu məqsədlə introduksiya olunmuş bəzi növ dekorativ ağac-kol bitkilərinin Abşeronun torpaq-iqlim şəraitində adaptasiya imkanları və bioekoloji xüsusiyyətləri öyrənilib, bordür, tək və qrup əkinləri, alpinari, çiçəklik və s. kompozisiyaların tərtibatında, yeni salınan park və bağların yaşıllaşdırılmasında istifadəsi tövsiyə edilib. Bununla yanaşı, Azərbaycanın təbii və mədəni denfoflorasının müasir vəziyyətinin hərtərəfli monitorinqi də aparılıb, növlərin yayılma arealları araşdırılaraq qruplaşdırılıb. Yerli torpaq-iqlim şəraitinə uyğun olan ağac və kollar artıq Bakıda yeni salınan park və bağların yaşıllaşdırılması məqsədilə istifadə edilir.

2015-ci il aprelin 15-də Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorativlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərirlər.

Bakının iqliminə ən gözəl uyan ağaclardan biri zeytun ağacıdır.Yerli zeytun sortu Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən seçilmişdir. Ağacı kifayət qədər iridir, şarşəkilli dağmıq çətirə malikdir. Budaqları yuxaıı qalxmış vəziyyətdədir.Meyvələri tam yetişdikdə parlaq qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Meyvələr budaqda tək tək və yaxud iki-iki yerləşir.Meyvələr saplağa möhkəm birləşmişdir. Meyvənin qabığı bərkdir. Lət meyvənin 86 -88 %-ni təşkil edir. Yağlılıq illərdən asılı olaraq quru çəkiyə görə 63,5 %-dən 67,2 % arasmda olur.Mayın axırı - iyunun əvvəlində çiçəkləyir.Xüsusiyyəti: universal sortdur, tez yetişəndir, şaxtaya davamiıdır, yaşlı ağacın barlı illərdə məhsuldarlığı 56-60 kq oiur.

Zeytun ta qədimdən insanların qidalanmasına daxildir.

Bizim eramızda çox-çox əvvəl zeytundan yağ hazırlanırdı, zeytun qidada istifadə olunurdu. Dahi həkim İbn Sina zeytunu "hər dərdin dərmanı" sayırdı. Qədim yunanlar zeytun yağını "duru qızıl" adlandırırdılar.

Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, qida lifləri, C, PP, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və s. minerallar var.

Omeqa-6 yağlı turşular urək-damar və beyin üçün olduqca xeyirlidir. Bu maddələr orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları təzmiləyir.

Bakı torpaqlarında bol məhsul verən daha bir bitki zəfəran dünyada ən bahalı ədviyyat sayılır. Müxtəlif ölkələrə məxsus zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Ən keyfiyyətli sayılan ispan zəfəranının 1 kiloqramı təxminən 800-1000 manatdır. Qiymətlərin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır.Hələ neçə əsrlər öncə zəfəran öz müalicəvi xüsusiyyətləri ilə xalq təbabətində geniş yer alıb. Şah ədviyyatı adlandırılan zəfərandan bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir.

Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır.Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir.Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir.Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.

Hazırda zəfəran dünyanın kosmetika sənayesində də geniş istifadə olunur. Xüsusilə təbii kremlərin hazırlanmasında zəfəran bitkisi əsas komponentlərdən biridir. Eyni fikirləri zeytun haqqında da demək olar. O cümlədən Bakı torpaqlarının daha bir möcüzəsi olan vulkan palçığı da hazırda dünyada kosmetika sənayesində uğurla istifadə olunur. Təbiətin bizə verdiyi bu saf materiallardan istifadə edərək ekoloji təmiz məhsul kimi dünyay səs salan brend yaratmaq olar.

Bakının adıyla daha doğrusu Hövsanın adıyla bağlı olan daha bir ərzaq məhsulu da soğandır.Yerli camaat arasında “Şıxverdi “ sortu adıyla tanınan bu soğan nvünün Azərbaycana gəlişinin maraqlı bir tarixçəsi var. Ötən əsrin əvvəllərində Hövsandan Məkkəyə Həcc ziyarətinə getmiş, xalq arasında şeyx kimi tanınan dindarlardan biri orda çox baha qiymətə satılan bir soğan növünün toxumlarını Bakıya gətirib yayılmasına səbəb olur.Maraqlı faktdır ki, bu soğan digər kəndlərdə yetişdiriləndə eyni ləzzətə və tərkibə malik olmur. Hövsan torpaqlarında isə xüsusi spesifiklik qazanır. Bu da dəyəri bilinəcək və qorunması vacib olan bir amildir.Görünür ki Abşeron yarımadasının iqliminin xüsusi effekti var ki, Bakı torpaqlarında yetişən məhsullar özünəməxsus qidalı tərkibə malik olurlar.Əslində bu bol günəşli, dəniz havasına , bol nəmişliyə malik ərazinin yetişdirdiyi bir şəraitdən irəli gələ bilər.

Abşeron rayonu ərazisində yayı quraq keçən mülayim-isti yarımsəhra iqlimi hakimdir. Havanın orta temperaturu 10-140C, yanvarın temperaturu - 30C, iyulunku isə 20-270C arasında olur.

Bütün Abşeron yarımadası üçün eyni iqlim şəraiti xarakterikdir.

İqlimə təsir edən amillər arasinda respublikanın coğrafi mövqeyi mühüm ter tutur.Yer səthinə günəşdən gələn radiasiyanın miqdarı İCM-dən asılıdır. İCM-in iqlim əmələ gəlməkdə tək rolu günəş radiasiyasının miqdarı və radiasiya balansını, ərazinin termik şəraitini müəyyən etməklə bitmir, həm də ərazinin planetar və regional sirkuliyasiya sistemində yerini müəyyən edir. Digər amil relyefdir.Relyef həm də iqlimyarydıcı amil kimi təsiri olsa da iqlimin bütün elementlərinə təsir göstərir. Ərazimiz subtropik qurşaqda həm də qurşağın kontinental bölməsinə keçdikdə yerləşməsi günəşli günlərin çox olmasına şərait yaradır. İl ərzində Arazyani düzənliklərdə günəşli saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında 2000-2500 saat, buludluq çox olan ərazilərdə 1900-2200 saata qədərdir. Kür-Arazda 9gün, Nax-da 38gün buludlu hava olur. Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir.Bunlar aşağıdakılardan ibarətdir. Kara antisiklonu, Skandinaviya antisiklonu, Azor maksimumu, Subtropik antisiklonu, Cənub, kontinental,orta Asiya antisisiklonları. Yerli atmosfer dövranı. Karanın təsiri qış aylarında güclü olur, bu zaman Arktika hava kütlələti. Kara və Barens dənizləri Qərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə həm Xəzər üzərində Zaqafqaziyaya daxil olur. Azor maksimumu Şərqi Qafqazdan kənarda da yerləşəndə, həm yayda həm də qışda Cənubi, Orta, Şərqi Azərbaycanın iqliminə təsir edir, Britaniya adaları sahəsindən materikə daxil olur. Yüksək təziq vilayəti şərqi Avropa düzlərinin cənub hissəsi üzərində yerləşdiyi zaman, yüksək təziq vilayəti-qərbi Sibir və Qazaxıstan üzərində yerləşdiyi zaman Azərbaycanın iqlqiminə təsir edir Cənub siklonları Şrqi Zaqafqaziya Orta Xəzərə çıxdıqda, Orta Asiyadan qərbə yönələn hava kütlələri Xəzərdən keçərək Azərbaycanın şərq rayonlarına daxil olur. Yerli atmosfer proseslərinin iqlimə təsirindən Xəzər dənizi və Qafqaz daha çox rol oynayır.

Bakının yaşıllaşdırılmasında xaricdən gətirilən bəzək bitkilərindən istifadə olunur. Baxanda göz oxşayır buna etirazım yoxdur. Amma qulluq qaydalrı və elə o ağacların özünün qiyməti xeyli xərc tələb edir. Bu gün işə gələrkən avtobusdan seyr etdiyim bir mənzərə isə elə mən qarışıq bütün sərnişinləri valeh etmişdi. Küçələrdə, yaşayış binalarının ətrafında əkilmiş 2-3 illik albalı və heyva ağacları çiçəkləyərək gözəl Bakımıza əsl bahar sevinci bəxş edir.

Yaponiyada , Fransada sakura, gilas ağaclarının çiçəklənmə mövsümü bu ölkələrə turist axınına səbəb olur. Yerli iqlimə gözəl uyan, həm estetik cəhətdən gzəl görünən , həm qulluğu xərc aparmayan , həm də ucuz başa gələn bu bitkilərlə bütün şəhəri yaşıllaşdırmaq gözəl olmazdımı. O cümlədən artıq parklarımızda boy göstərən salxım söyüdlər, şah çinarlar. Həm yerli bitki sortudur, həm də hər tərəfli faydalıdır.Bu bitkilərin şəhərin yaşıllaşdırılmasında istifadəsinin artırılması məqsəduyğun olardı. Yaponların sakura mövsümü kimi bizim də çiçəklənən albalı bağlarımızın sorağının dünyaya yayılması arzusu heç də əlçatmaz deyil.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »