Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıdakı dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
Masallı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Beyləqan rayon sakini 37 yaşlı Mehdi Hüseynovun idarə etdiyi “Mersedes” markalı yük avtomobili ilə Masallının Xıl kənd sakini 29 yaşlı Elmin Bayramovun idarə etdiyi “VAZ” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü, Bayramov Elmin və anası 51 yaşlı Abbasova Reyhanə hadisə yerindəcə keçiniblər.

Onların cəsədləri sıxılmış avtomobildən FHN əməkdaşları tərəfindən çıxarılıb.

Qəza nəticəsində “VAZ”ın digər sərnişini ölən qadının 26 yaşlı oğlu Mahir Bayramov, “Mersedes” markalı minik avtomobilin sürücüsü 37 yaşlı Mehdi Hüseynov və sərnişini 36 yaşlı Bəhruz Qafarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan Mahir Bayramovun vəziyyətinin ağır olduğu deyilir.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »