Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu ABŞ-ın BMT-dəki səfiri Maykl Valts ilə görüşüb
Netanyahu ABŞ-ın BMT-dəki səfiri Maykl Valts ilə görüşüb

İsrail Baş naziri Binyamin Netanyahu bu gün Qüdsdəki ofisində ABŞ-ın BMT-dəki səfiri Maykl Valts ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Baş nazirlik ofisindən verilən açıqlamada bildirilir ki, görüşdə Milli Təhlükəsizlik Şurasının direktoru vəzifəsini icra edən Gil Reyx, İsrailin BMT-dəki səfiri Denni Danon və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də iştirak edib.

Görüşdən sonra səfir Danon "X" sosial media platformasında: "Bu səhər Qüdsdə Baş nazir Netanyahu və səfir Valts ilə görüşdüm. Biz İsrail və ABŞ arasında strateji tərəfdaşlığı, siyasi və təhlükəsizlik koordinasiyasını, beynəlxalq səhnədə və BMT qurumları daxilində həqiqət uğrunda birgə mübarizəmizi müzakirə etdik", - deyə qeyd edib.

Valts daha sonra Qəzzada cəsədi qalmış sonuncu girov olan Ran Qvilinin ailəsi ilə görüşməyi planlaşdırdığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »