Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin başgicəlləndirən toyu
Sabah argentinalı ulduz Lionel Messinin toyudur.

Teleqraf.com xəbər verir ki, o, nişanlısı Antonella Rokkuzzo ilə evlənəcək.

Leonun doğma şəhəri Rosarioda təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən dəvətlilər var. Dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaqlar. Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacaq. 12 təyyarə artıq hava limanına enib. Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta, Ezekyel Lavezzi, eyni zamanda Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçular toyda iştiraklarını təsdiqləyiblər.

Toyun təhlükəsizliyini 300 mühafizəçi təmin edəcək. Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.

Argentina millisinin və “Barselona”nın futbolçularının, eləcə də futbol dünyasının tanınmış simalarının toyda iştirakı gözlənilir.ğı bildirilib.

Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »