Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın mühafizəçisi jurnalist qızı döydü - Video

Ermənistanda deputat Araik Arutyunyanın mühafizəçisi “Azadlıq” radiosunun (“Radio Azatutyun”) müxbirini döyüb.

Bu haqda işğalçı ölkənin mediası məlumat yayıb.

Olay Artaşat rayon mərkəzində Serj Sarkisyanın baş nazirliyinə qarşı təşkil edilmiş etirazlar zamanı baş verib. Bir qrup etirazçı avtomobillərlə hərəkət etməyə başlayıb.

“Vətəndaş razılığı” təşkilatının üzvü, Nor Kyanq icmasının rəhbəri Qaqik Sarkisyan etiraz əlaməti olaraq avtomobilini yolun ortasında dayandırıb. Polislər icma rəhbərinin maşınını evakuator vasitəsi ilə köməyi yolun ortasından götürmək istəyəndə münaqişə yaranıb. Polislərin müşayiət edənlərdən biri baş verənləri lentə alan “Azadlığ”ın Ermənistan bürosunun müxbiri Arus Hakobyanın üzünə və kamerasına zərbə endirib. Polislər isə buna heç bir reaksiya verməyib. Erməni saytlarının əldə etdiyi məlumata görə, jurnalistə qarşı güc tətbiq edənin Serjik Sərkisyanın partiyasından olan deputat Araik Qriqoryanın mühafizəçilərindən biri olub. Rayon sakinləri onu tanıyıb və bildiriblər ki, səhər saatlarında meriya yaxınlığındakı etirazçıları da qorxutmaqla məşğul olub.(Moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »