Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik edib

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya hökumətinin saytında yayılan məlumatda qeyd edilib:

“Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır.

Əminəm ki, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir”.

Son xəbərlər
Bütün xəbərlər »