Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat və televiziya aparıcısı Əfqan Muxtarlının istintaqına cəlb edilir
Jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı şikayəti isə təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlınn apellyasiya şikayətinə baxılıb. Bu barədə Bizimyol.info saytına vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, Ə.Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti Nəsimi Rayon Məhkəməsi təmin etməyib. Şikayət həmin qərardan verilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

E.Sadıqov əlavə edib ki, Əfqan Muxtarlının barəsindəki cinayət işi “Meydan Tv” ilə bağlı başladılan cinayət işinə birləşdirilib: “Artıq istintaq bir cinayət işi altında davam etdiriləcək. Birgə istintaq qrupuna əlavə şəxslər də cəlb olunub. Biz istintaqda vəsatət verdik ki, deputat Elman Nəsirov, “Carçı” verilişinin aparıcısı və digər şəxslər Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi üçün xüsusi əməliyyat keçirilməsi barədə cəmiyyətə yaydıqları məlumatlarla bağlı dindirilsinlər, bu məlumatı hardan almaları ilə bağlı ətraflı sorğu-sual edilsinlər. Bizim vəsatətimiz təmin edildi və həmin şəxslər dindiriləcək” – deyə vəkil bildirib.

Baş prokurorluq Ə.Muxtarlının mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayıb. “Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb” – deyə rəsmi qurumların məlumatında bildirilir.

Vəkilləri və yaxınları isə bildirirlər ki, Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərindən yoxa çıxıb, mayın 30-da onun Azərbaycanda olduğu məlum olub. Jurnalalistin sözlərinə görə, o, yaşadığı evin yaxınlığından oğurlanıb, qanunsuz şəkildə sərhədi keçirilib və zorla cibinə 10 min avro qoyulub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »