Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Torpaqların ekoloji mühafizəsi – Bu həm dövlətin, həm də xalqın işidir
Əmək versən şoran torpaq gül açar

Onunla dünən tanış olduq. Uzaq dağ rayonlarından birinə səfərə getmişdik. Yol boyu uzanan yaşıl taxıl sahələri, səliqəylə əkilib yaxşı qulluq olunduğu elə uzaqdan nəzərə çarpan üzüm bağları baxdıqca insanın könlünü açırdı.Dincəlmək üçün taxıl sahələrindən birinin yanında maşını saxladıq.Yaşıl çöllərə baxmağın özü bir ayrı gözəllik, insan ruhuna bir ayrı istirahət bəxş edir.Yaxınlıqda taxıl sahəsinin kənarında oturmuş yaşlı bir kişi diqqətimi çəkdi. Zəmidən çəkib çıxardığı alaq otlarını bir kənara toplayırdı.Qucağına aldığı sarı çiçəkləri heyfslənərək süzdüyümü hiss edib gülümsədi. “Qızım bu sarı çiçəkləri vaxtında kökündən çıxarmasam vaxt başında taxılım daha toxumluq taxıl kim i işə yaramayacaq. Üyüdəcəm, unu da acı dadacaq. Kənardan baxanda yaşıl zəmidə qırmızı lalə, sarı çiçəklər gözəl görünür, amma əkinçiliyin də öz qayda qanunu var.Torpaq nazının çəkilməsini sevir, özü də çox səxavətlidir. Sən ona bir qayğı göstərəndə o min qat əvəzini verir. Ona görə nazını çəkirəm”,- dedi.

Ölkəmizin ərazisində hər yerdə torpaqlar eyni dərəcədə münbit deyil.Bəzi bölgələrimizdə torpağa az qulluq göstərməklə yüksək məhsuldarlıq əldə etmək olur. Nümunə üçün iki maraqlı faktı xatırladım. Şəmkirli bir əkinçidən eşitmişdim. Kartof əkmək üçün böyük tarlalardan yox. Böyük çəlləklərdən istifadə edirdi. Dediyinə görə çəlləyə bir qat kartof , bir qat münbit torpaq tökür, kartof cücərib çıxdıqdan sonra onun üzərini yeni torpaq qatı ilə örtürmüş. Bu proses bir müddət ərzində, çəllək torpaqla dolana qədər davam edir. Ən sonda bir çəlləkdən ən az 200 kiloqram kartof əldə edirmiş. Suvarması da asan, becərilməsi də. Bir vedrə su ilə bütün məhsulu suvarmaq olur.Elə həmin bacarıqlı əkinçi sahədə əkdiyi şitillərin diblərini alaq otları basmasın deyə ləkləri polietilən örtüklə örtür. Açdığı yuvarlaq dəliklərdə şitil əkirdi. Bu üsulla həm bitkilərin diblərinin don vurmasının qarşısını alırdı, həm də alaq otlarının bitməsinin.

Hər zaman torpağın dilini bilmək deyəndə məhz belə torpaq adamlarını nəzərədə tuturam.Necə deyərlər zər qədrini zərgər bilər.

Hesablamalar göstərir ki, 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün əlverişli şəraitdə 200-1000 il vaxt lazımdır. Lakin külək, su min illər ərzində əmələ gəlmiş torpağı 20-30 il ərzində məhv edir. Quruluşuna və kimyəvi tərkib xususiyyətiənə gorə torpaq hər hansı səbəb ucbatından ətraf muhitə duşən zərərli maddələri asanlıqla canına hopdurur və yığır. Bu birləşmələrin parcalanma muddəti torpağa, havaya və suya nisbətən daha uzun olduğuna gorə, torpağın cirklənməsi problemi illər boyu sezilməyə bilər. Sudan və havadan fərqli olaraq torpaq xususi mulkiyyət obyekti ola bildiyinə gorə bu amil bir sıra hallarda bu və ya digər təbiəti muhafizə tədbirlərinin həyata kecirilməsini cətinləşdirir.Savadsız və həddindən artıq intensive istifadə zamanı torpaq istismar edilir və keyfiyyəti pisləşir. Bunun baş verməməsi ucun daim səy və qayğı gostərilməlidir, əks təqdirdə, torpağın dağılması prosesinin qarşısı alınmasa o oz funksiyalarını itirir.

Ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti 2915,4 min hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları) otlaqlar və biçənəklər altında olan torpaqlardır. Cəmi 1,8 milyon hektar sahə şum altında istifadə olunur. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr təşkil edir.

Ölkəmizdə torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma, cirklənmə, bərkiməyə qarşı mubarizə ilə bağlıdır.

Eroziya nəticəsində kənd təsərrüfat bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək yaranmış bioloji tarazlığı pozur. Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün düzgün aqrotexnikadan istifadə etmək vacib şərtdir. Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq, heyvanların otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot əkinlərindən istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır.

Torpaq tərkibinə görə mürəkkəbdir. Torpağın əsas xüsusiyyət və keyfiyyət əlaməti onu məhsuldarlığıdır. Torpağın həyatında böyük rol oynayan, onun mövcudluğunu, ehtiyacını ödəyən amillər su və qidadan ibarətdir. Torpağın tərkibində su çox olduqda qrunt sularının səviyyəsi qalxır, bataqlığa çevrilir, torpaqda aerasiya prosesi pozulur, şoranlaşır, əkin üçün yararsız olur, torpağın meliorativ vəziyyəti xarablaşır.

Quru iqlim şəraitində neytral və qələvi, rütubətli rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda (məs. qaratorpaq) yaxşı məhsul verir. Duzlu torpaqlarda suda həll olan duzların (xloridlər, sulfatlar, karbonatlar) miqdarı izafi həddə çatır. Bu torpaqlar çox vaxt qrunt sularının torpaq horizontuna qədər qalxması ilə əlaqədar təkrar şorlaşma nəticəsində əmələ gəlmişlər.

Duzlu torpaqların şoran və şorakət tipləri mövcuddur. Duzlu torpaqların özünəməxsus flora və faunası var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər halofitlər adlanır. Duzlaq coğanı adlanan halofit növü 20%-dən artıq torpağın duzluluğuna dözür. Bununla belə torpaq soğulcanları torpağın zəif duzluluğuna uzun müddət davam gətirə bilmir.

Mütəxəssilər bildirilər ki,torpağın mühafizəsinin kompleks tədbirləri aşağıdakılardır: torpaqların hesaba alınması, onun səmərəli və düzgün istifadə edilməsi, üzərində nəzarətin olması, mövcud meşə zolaqlarının salınması torpağın çirklənmələrdən (tullantılar və zərərli kimyəvi maddələr) qorunması, heyvanların otarılmasının düzgün təşkil edilməsi, eroziyaya qarşı mübarizə tədbirlərinin təşkili, xüsusi maşınların tətbiqi, çeyilliklərin qurudulması, suvarmanın düzgün təşkili, qum hücumunun qarşısının alınması, suların tərkibinə nəzarət edilməsi, sanitariya-gigiyena mühafizə tədbirlərinin yerinə yetirilməsi, tikinti və yol işlərində, kimyəvi maddələrin tətbiqində mövcud tövsiyələrin gözlənilməsi, alaq otları ilə mübarizə və s.

Qara qızılın vətəni olan Azərbaycanın paytaxtında , eləcə də bir sıra rayonlarda quruda neft istehsalının aparılması torpaqların ekoloji cəhətdən yararsız hala düşməsi ilə nəticələnmişdi. Müstəqillik illərindən sonra neftlə çirklənmiş torpaqların təmizlənməsi uğurnda böyük tədbirlərə start verildi.

ARDNŞ tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" tərəfindən 2006-cı ildən başlayaraq orta hesabla bir ildə Heydər Əliyev adına Bakı Neftayırma Zavodundan (BNZ) atılan 12.5 milyon m3 , "Azərneftyağ" NEZ-dan isə atılan 10.9 milyon m3 sənaye çirkab suları norma həddinə qədər təmizlənmiş, hər iki zavodun istehsalat sahələrində uzun illər yığılıb qalmış 35.5 min ton, "Bibiheybət" sahəsində isə 6.2 min ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarını xeyli dərəcədə azaltmışdır. "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində aparılan torpaqların rekultivasiyası və "Salyan OİL" LTD-nin mədən ərazisində qazma şlamının rekultivasiyası işləri də QSC-nin son ildə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi mühüm tədbirlərdəndir.

Son illər Bakı, eləcə də iqtisadi zonalar yaradılmış bir çox rayonlarımız böyük tikinti sahələrini xatırladır. Mülkiyyət tabeçiliyindən asılı olmayaraq aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirilən layihələrin ekoloji ekspertizası zamanı ətraf mühitin mühafizəsinə dair tələblərin layihədə nəzərdə tutulması müəyyənləşdirilir və icra müddətində əməl edilməsi zəruri olan ekoloji tələblərin çərçivəsi müəyyənləşdirilir. Ekoloji ekspertizada layihələr üzrə əsas ekoloji tələblər müasir texnoloji avadanlıq və vasitələrdən istifadə olunmaqla ətraf mühitə təsirlərin azaldılmasına yönəldilmişdir. Əsasən neft-qaz, şəhərlərin istilik təchizatı, məktəb-bağça, səhiyyə tikintiləri, fərdi sahibkarlıq obyektləri üzrə çox saylı layihələr razılaşdırmaq üçün təqdim olunmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı ölkədə aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması daim nəzarətdə saxlanılmışdır.

Azərbaycan Respublikasi Regionlarinin 2014-2018-ci Illərdə Sosial-İqtisadi İnkişafi Dövlət Proqramı təsdiq edilmişdir.

“Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Su Məcəlləsi, Torpaq Məcəlləsi və bunlara uyğun qəbul edilən digər normativ hüquqi aktlar ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Azərbaycan Respublikasında əhalinin ekoloji təhsili və maarifləndirilməsini təmin etmək məqsədilə ETSN-də Ekoloji Təbliğat şöbəsi yaradılmışdır.

Torpaq ehtiyatlarından səmərəli istifadə məqəsədi ilə səhralaşma proseslərinin qarşısının alınması, iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi,

torpaqların antropogen çirklənməvsinə qarşı mübarizənin gücləndirilməsi yönündə dövlət səviyyəsində işlər aparılıb.

Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin edən idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi torpaq yüz illər ərzində yaranır, yaraları da yüz illər ərzində sağalır.Yüz illərimizi , yüz illərimizlə bərabər torpaqlarımızı, onun bəxş edəcəyi nemətləri itirməmək üçün onun qayğısına bu gün qalmalı bu gün diriltməliyik ki, o da bizi yaşatsın.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »