Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-ın xəsarət alan əməkdaşlarından xəbər var
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicə olunması üçün bütün zəruri olan tibbi xidmətlər göstərilir.

Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə verilən məlumata görə, ümumilikdə Kliniki Tibbi Mərkəzə hadisə nəticəsində xəsarət alan 5 nəfər daxil olub. Xəstələrin 1-i reanimasiya, 2-si travmatologiya, 2-si isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »