Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda kütləvi iğtişaşların pərdəarxası
Ermənistan qanunauyğunluqlardan uzaq, pis sürprizlər ölkəsi olduğundan orda hər şey gözləmək olar. Ölkədə indiyədək bir çox gözlənilməz hadisələr baş verib və bu proses bu gün də davam etməkdədir. Parlamentə silahlı başqasın olub, polis bölməsinə silahlı qrup hücum edib öz şərtlərini irəli sürüb, prezidentliyə namizədə sui-qəsd edilib, Ermənistan əhalisi bir gün gözlərini açıb özlərini Avrasiya İqtisadi Birliyində, bir gün Avropa İttifaqı ilə tərəfdaş görüblər. Ona görə də burada heç bir siyasi qanunauyğunluq işləmir və ölkə gözlənilməzliklərlə doludur. Bu ölkə beynəlxalq güclərdən tam asılıdır və məhz onların siyasətindən çıxış edərək Ermənistandakı siyasi proseslərə də müəyyən qədər qiymət vermək olar. Ermənistanda artıq bir neçə gündür ki, deputat Paşinyanın başçılığı altında etirazçılar kütləvi iğtişaşlar həyata keçirirlər. Onlar paytaxt Yerevanın əsas prospektlərini, magistral yollarını bağlayıblar, hətta Parlamentin binasını ələ keçirməyə cəhd göstəriblər. Artıq polisin gözyaşardıcı qaz, tüstülü bomba tətbiq etməsinin səmərəsizliyni görən hökumət Yerevana daxili qoşunların əsgərlərini və zirehli texnika gətirib.

Etirazçılar aprel ayının 17-də Serj Sarkisyanın parlamentdə baş nazir seçilməsinə qarşı kəskin çıxışlar edirlər. Üstəlik, erməni diasporası da Serj Sarkisyandan narazıdır. Lakin qeyd etdiyimiz kimi Kremlin özünün beynəlxalq təzyiqlərə məruz qaldığı, Rusiyanın sıxışdırıldığı bir dövrdə onun vassalı Serj Sarkisyana da Ermənistanın Qərbyönümlü müxalifəti təzyiq göstərmək istəyir. Hazırkı etirazların arxasında Sarkisyanın timsalında Rusiyanın Ermənistandan çıxarılması planları dayanır. Paşinyan özü də qeyd edib ki, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin Gənclər təşkilatı onların aksiyalarında iştirak edir. Bu o deməkdir ki, Ter-Petrosyanın təmsil etdiyi diaspora da bu aksiyalara dəstək verir, Rusiyanın adamı olan Serj Sarkisyanın hakimiyyətdən getməsini istəyir.

Ermənistanda hazırda etirazçıların istədiyi həm də Sarkisyan və onun simasında soyğunçu, quldur Qarabağ klanından yaxa qurtarmaq, bununla həm də Rusiyanın təsirini zəiflətmək, ölkənin Qərbə yaxınlaşmasına nail olmaqdır. Ölkədə Qərbyönümlü və Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyət uğrunda açıq mübarizəsi gedir. Lakin məlumdur ki, Ermənistanda hazırkı hakimiyyət və siyasi sistem böyük dövlətlərin qarşılıqlı konsensusu əsasında formalaşıb. Belə ki, iki Sərkisyanların hər ikisini də böyük güclər təyin ediblər. Prezident Sarkisyan İngiltərənin, baş nazir Sarkisyan isə Rusiya tərəfindən dəstəklənən şəxslərdir.

Lakin Serj Sarkisyan, deməli Rusiyayönümlü qüvvələr ölkənin siyasi sistemini özlərinə sərf edən formada artıq formalaşdırıb. Konstitusiyanı dəyişib, parlamentin isə əsasən Ermənistan Respublika Partiyasından partiyasından təşkil edilməsinə ötən ilin aprelində keçirilən seçkilərdə nail olublar. Real olaraq vəziyyəti dəyişmək, bugünkü siyasi sistemin formalaşmasına imkan verməmək ölkədə konstitusiya islahatları baş verəndə ola bilərdi ki, həmin zaman müəyyən demokratik

dəyişikliklər baş versin. Lakin bugünkü siyasi sistemin, o cümlədən Serj Sarkisyanın baş nazirliyə, deməli real hakimiyyətə gedən yolunun əsası məhz onda qoyuldu. O zaman müxalifət buna etiraz olaraq işğalçı ölkənin hər yerində "Konstitusiya islahatlarına yox deyək!" şüarı ilə kütləvi aksiyalar təşkil etməyə çalışdı, lakin ciddi nəticələrə nail ola bilmədi. Nəticədə, bugünkü siyasi sistem formalaşdı. Həmin dəyişikliklər əsasında parlament seçkiləri keçirildi və Serj Sarkisyan özünə sərf edən parlament formalaşdıra bildi. Sarkisyanın indiki baş nazir kimi ölkənin əsas real güc sahibi mövqeyinin təməlləri onda qoyuldu. Daha sonra həmin Yelk partiyası indiki prezident Armen Sarkisyanın prezidentliyə namizədliyi parlamentdə müzakirə olunan zaman onun hələ də İngiltərə vətəndaşı olmasını, Ermənistan konstitusiyasına əsasən ikili vətəndaşlığı olan şəxsin prezident seçilə bilməyəcəyini əsas gətirərək onun prezident seçilməsinin qanunsuz olduğunu bildirdi. Lakin bütün bunlara rəğmən Armen Sarkisyan prezident seçildi.

Bütün bu şansları itirən Yelk indi Serj Sarkisyanın baş nazir olmasına etiraz edir. Çünki Ermənistan müxalifəti Qərbpərəstdir və ola bilər ki, ABŞ və Avropada müəyyən dairələr hələ də Serj Sarkisyanın baş nazir olmasını istəmirlər. Bununla belə, bu təzyiqlər çətin ki, onun baş nazirliyinə mane ola bilsin. Sarkisyanın hakimiyyəti elə Putinin hakimiyyəti qədər ola bilər. Çünki sirr deyil ki, Serj Sarkisyan Rusiyanın birbaşa dəstək verdiyi şəxsdir və nə qədər ki, Putin hakimiyyətdədir Ermənistanda ruspərəst siyasi qüvvələr də iqtidarda olacaqlar. Fərqi yoxdur, Serj Sarkisyanın yaxud bir başqasının timsalında. Rusiya cənubi Qafqazdan gedəndə bu qüvvələr də zəifləyəcək.

Artıq sovet respublikaları Ermənistanda Miatsum, Azərbaycanda Meydan hərəkatları dövrünü çoxdan keçiblər. Xalqın əksər hissəsi nə Azərbaycanda, nə də Ermənistanda siyasi proseslərə qoşulmağa elə də həvəsli deyillər. Onlar heç bir müxalif qüvvəyə, təşkilata inanmırlar. Habelə, hazırda əksər müxalifət qüvvələrinin maliyyələşdirən, dəstək verən məhz xarici güclərdir. Ermənistan da istisna deyil. Əgər Ermənistan siyasi sistemi, ölkədə konstitusiya islahatları, ali dövlət vəzifələrinə - prezident və baş nazir vəzifələrinə təyinat burada marağı olan xarici dövlətlər arasında razılaşma əsasında həll olunubsa, hansısa dəyişiklərə aparıb çıxaran real etirazdan çətin ki, söhbət gedə bilər. Üstəlik də, "Yelk" bloku parlamentdə həlledici səs nisbətinə malik deyil. Onlar siyasi qərarlar verilməsində söz sahibi deyillər. Sadəcə bu maraq, Ermənistanın Qərblə münasibətlərinin də normal olduğu göstərmək, diaspora, ABŞ, Avropa ölkələri ilə münasibətləri korlamamaq üçün Qərbyönümlü muxalifətə parlamentdə müəyyən qism yerlər ayrılıb. Lakin Ermənistana dair bütün qərarlar ilk növbədə Moskvada həll olunur. Hazırkı proseslərin isə Avropa və Rusiya Soyuq müharibəsinin Cənubi Qafqazdakı kiçik fraqmenti hesab etmək olar.

Onu da qeyd etmək lazımdır ki, Yervandakı vətəndaş itaətsizliyi əhali arasında narazılıq yaradıb. Şəhərin demək olar ki, bütün əsas prospektləri bağlı olduğundan insanlar hərəkət etməkdə çətinlik çəkirlər. Polis çəpərini görən insanların əsəbləri pozulur. Təhlükəsizlik baxımından və nəqliyyatın işinin iflic olması səbəbindən məktəblilər təhsil müəssisələrinə getmir.

Lakin etirazçıların sayının az olması, xalqın əsas hissəsinin məyus halda olması və müxalifətə inamsızlığı, hakimiyyət elitasında parçalanmanın baş verməməsi hadisələrin getdikcə səngiyəcəyini güman etməyə əsas verir. Hesab olunur ki, müxalifət özü ötənilki parlament seçkilərinin nəticələrini tanıyıb, hazırda həmin parlamentdə təmsil olunur, buna görə də öz etirazlarını parlamentdə səsləndirə bilərdi. Lakin Ermənistan əhalisi artıq çoxdan həm hakimiyyətə, həm müxalifətə olan inamını itirdiyindən hansısa siyasi proseslərdə fəal iştirak etməkdənsə, müşahidəçi qalmağı üstün tutur. Bu da ölkənin yaxın gələcəkdə siyasi gündəmində hər hansı dəyişikliyi istisna edir.

Parlament seçkilərinin nəticələrini tanıyan Paşinyanın 1 il müddətində həmin parlamentdə təmsil olunduqdan sonra etiraz aksiyaları başlatmasını əhalinin əksəriyyəti onların ağır sosial durumu üzərində spekulyasiya hesab edir. Ona görə də hazırkı hadisələri Qərb tərəfindən

Parlament seçkilərinin nəticələrini tanıyan Paşinyanın 1 il müddətində həmin parlamentdə təmsil olunduqdan sonra etiraz aksiyaları başlatmasını əhalinin əksəriyyəti onların ağır sosial durumu üzərində spekulyasiya hesab edir. Ona görə də hazırkı hadisələri Qərb tərəfindən yeni baş nazir Sarkisyana xəbərdarlıq hesab etmək olar.

Politoloq Nəzakət Məmmədova

Son xəbərlər
Bütün xəbərlər »