Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan elminə ağır itki üz verib - FOTO
Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.

Report xəbər verir ki, Gəncədə təhsil və maarifçilik mühitinin formalaşdırılmasında müstəsna xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sabir Bayram oğlu Orucov ömrünün 76-cı ilində vəfat edib.

Sabir Bayram oğlu Orucov 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəsi ilə birlikdə Samux rayonunun Kolayır kəndində məskunlaşıb. Orta təhsilini Kolayır kənd orta məktəbində (1948-1959), ali təhsilini ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində (1959-1963) alıb.

“Böyük Vәtәn müһaribəsi illәrindә mәktәblilәrin vətәnpәrvәrlik tərbiyәsi“ mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasında müəllim, baş müəllim, dosent, müdir, tərbiyəvi işlər üzrə prorektor, məsul katib, pedaqoji fakültənin dekanı vəzifələrində çalışıb. 10 kitab və kitabçanın, metodik tövsiyə və kitabçanın, 100-ə yaxın elmi məqalənin müəllifidir.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »