Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
aksiya--001

Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir.

Bu da öz növbəsində “rəngli inqilab”a aparır.

Virtualaz.org xəbər verir ki, bunları müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın “Sputnik” agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

Nahapetyanın fikrincə etirazçılar başqa ölkələrdə “rəngli inqilab” təşkilatçılarının metodları ilə hərəkət edir. “Rəngli inqilab”ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır. Onun fikrincə Ermənistanda “rəngli inqilab” texnologiyasının tətbiq edildiyi açıq-aşkardır.

Məsələn, etirazçı qız və oğlanın polis kordonunun qarşısında öpüşən yerdə çəkilmiş fotosu sürətlə bütün dünyaya yayılıb. Nahapetyan qeyd edib ki, bu mənzərə Kiyevdə “Maydan” hərəkatı zamanı da qeydə alınmışdı. Onun bildirdiyinə görə etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını deyib.

Hərbi ekspert bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa Azərbaycan bundan dərhal istifadə edəcək. Ona görə də etiraz aksiyasının kuratoru kimi deputat Nikol Paşinyan bu haqda düşünməlidir.

“Kim ki özünü etiraz hərəkatının rəhbəri sayır, bu haqda düşünməlidir. Əgər Paşinyan özünü hərəkatın lideri sayırsa səhv edir. Rəhbərliyi ssenarini yazanlar edirlər, bu “yazıçılar” isə Ermənistanda deyil”-Nahapetyan bildirib.

Xatırladaq ki, Nikol Paşinyan bu gün Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib. İrəvan küçələrində onun tərəfdarlarının yürüşü davam edir, etirazlar ölkənin digər şəhərlərinə də sıçrayıb.

Paylaş »
››› Azərbaycanın “Məhəmmədi” kəndinin rüsvayçı problemləri Türkiyə televiziyasında - Video
››› TƏBİB-dən AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı açıqlama
››› Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb
››› Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub
››› Siyavuş Novruzov: “Prezidentə dedi ki, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır”
Son xəbərlər
Bütün xəbərlər »