Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç əbləhin çirkin əməlləri: layiqli, çəkindirici, nümunəvi cəza olmalıdır...
Üç əbləhin çirkin əməlləri: layiqli, çəkindirici, nümunəvi cəza olmalıdır...

Biz burdan basa-basa gedib, orda şeytanı o qədər daşladıq. Axırda şeytan da dözmədi, "özününkü"ləri göndərdi bizim üstünüzə. Həssas nöqtələrimizdən vurdular.

Şimali Avropanın küçələrində "Quran"ı yandıranlara cavab vermək əvəzinə gəlib bizim müqəddəslərimizi təhqir edirlər.

Vallah, doğru bildiyimi deyəcəm: bunlar düzələn deyil.

Dünyanın ən qaramat camaatıdır da. Nə gözləyəsən?! Turist kimi gəlib, şəhid məzarlarını təhqir etmək nə deməkdir?! Söhbət bu çirkin əməlləri törətmiş üç əbləhdən gedir. Polis onları saxlayıb. Cinayət işi açılıb. Layiqli, çəkindirici, nümunəvi cəza verilməlidir. Ki, təkrarı yaşanmasın.

Bu adamlar Azərbaycanda qanunun ən sərt üzünü görsələr, bir də belə əməllər törətməzlər bəlkə.

Biz qapılarımızı avropalı turistin üzünə bağlayıb, belələrinə qucaq açanda bunu gözləməliydik, elə deyil?!

P.S. Yeri gəlmişkən, bu əbləhin inanc mədəniyyəti Türkün əyninə dar gəlir, biləsiniz. Əgər buna "mədəniyyət" demək olarsa...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »