Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Radioaktiv çirklənmə - gələcəyimizə kəsilən ölüm hökmü
Bu gün yaxın Şərqdə, daha dəqiq desək Suriyada dünyanın böyük gücləri güc güləşinə çıxıblar. Rusiya və ABŞ artıq bir birlərini nüvə silahları ilə hədələyir, kimyəvi bombalarla minlərlə insan məhv olur. Atılan böyük raketlər düşdüyü yerdə partlamaqla qalmır, yaydığı radiasiya ilə bütün bəşəriyyətə qarşı təhlükə saçır. İnsan oğlu atom bombasının təsirini ən bariz şəkildə Xirosimanın nümunəsində gördü. Daha sonra okean diblərində aparılan nüvə sınaqlarının nəticələrinin, üçüncü dünya ölkələrində kimyəvi silahlardan istifadə hallarının lokal xarakterli olmayıb bütün bəşəriyyətin başının kəsilməsinə yönəlmiş cəhd olduğunu anladı insan oğlu. Hava, yağış, külək vasitəsi ilə dünyaya yayılan radioaktiv çirklənmənin təmizlənməsi uzun illər və böyük qurbanlar tələb edir.

Radioaktiv çirklənmə nəticəsində ana torpaq zəhərlənir, bu da öz növbəsində radiaktiv hissələrlə zədələnmiş məhsul, xəstəliklərlə dolu insan həyatı deməkdir.

Qanunvericiliyə əsasən, radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitar tələblərə cavab verməyən torpaqlar müvafiq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılaraq, konservasiya olunur və bərpa edilməsi üçün ehtiyat torpaq fonduna keçirilir.

Sağlamlaşdırılan torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Səhiyyə Nazirliyinin və digər əlaqədar təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun rəyinə əsasən həmin torpaqları təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə əvvəlki istifadəçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir.

Radiaktiv tullantılar tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar hesab olunur. Onlar maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir.Radioaktiv maddələrin utilizasiyası üçün poliqonlarda xüsusi şəraigt yaradılmalıdır.

Poliqonlar təbiəti mühafizə qurğularıdır və sənaye müəssisələrinin, elmi-tədqiqat təşkilatları və idarələrinin təhlükəli tullantılarının mərkəzləşdirilmiş şəkildə yığılması, zərərsizləşdirilməsi və basdırılması üçün nəzərdə tutulmuşdur. Poliqonların sayı və gücü poliqonların tikintisinə aid texniki-iqtisadi əsaslandırmalar ilə müəyyən edilir.

Poliqonun tərkibində aşağıdakılar nəzərdə tutulmalıdır: - toksik sənaye tullantılarının zərərsizləşdirilməsi zavodu; - toksik sənaye tullantılarının basdırılması sahəsi; - toksik sənaye tullantıları daşınan xüsusi avtonəqliyyat üçün qaraj.

Poliqona yalnız I, II, III və zərurət olduqda IV təhlükəlilik sinfi olan toksik sənaye tullantıları qəbul edilə bilər. Onların siyahıları hər bir konkret halda Ekologiya və Təbii Sərvətlər Nzairliyi, Dövlət sanitariya-epidemioloji və kommunal xidmətləri, poliqonun sifarişçisi və layihəçi ilə razılaşdırılmalıdır.

IV təhlükəlilik sinfinə aid bərk sənaye tullantıları, Dövlət sanitariya-epidemioloji və kommunal xidmətləri ilə razılaşdırılmaqla, şəhərin məişət tullantıları yığılan poliqonlarına daşınıb, poliqon kartlarının orta və yuxarı hissələrində təsirsiz izolyasiya materialı kimi istifadə oluna bilər. IV təhlükəlilik sinfinə aid bərk toksik sənaye tullantılarının basdırılma sahəsinə qəbul edilməsinə müvafiq texniki-iqtisadi əsaslandırma olduqda yol verilir. Maye halında olan təhlükəli sənaye tullantıları poliqona daşınmazdan əvvəl müəssisələrdə susuzlaşdırılmalıdır. Yalnız müvafiq texniki-iqtisadi əsaslandırma ilə yerində susuzlaşdırılması səmərəli olmadıqda, sənaye müəssisələrindən maye halında olan toksik sənaye tullantılarının poliqona qəbul edilməsinə yol verilir.

Aşağıdakı tullantı növlərinin poliqona qəbul edilməsinə yol verilmir: a) metal və digər maddələrin çıxarılmasının effektiv metodları işlənilmiş tullantılar (hər bir konkret halda tullantıların utilizasiyası və emalı metodlarının olmaması müvafiq nazirliklər və idarələr tərəfindən təsdiq edilməlidir); b) radioaktiv tullantılar; c) regenerasiya olunmalı neft məhsulları.

müvafiq dövlət orqanlarının razılığı olmadan faydalı qazıntı yataqlarının yerləşdiyi sahələrdə; - kömür və şist şaxtalarının və ya zənginləşdirmə fabriklərinin süxur qalaqlarının təhlükəli zonalarında; - aktiv karst zonalarında; - sürüşmə, sel axınları və qar uçqunları zonalarında; - bataqlıq yerlərdə; - yeraltı içməli su mənbələrini qidalandıran zonalarda; - kurortların sanitar mühafizə zonalarında; - şəhərlərin yaşıllıq zonaları ərazilərində; - mühafizə və sanitar-gigiyenik funksiyalar daşıyan və əhalinin istirahət yeri olan, meşələr, meşə- parklar və digər yaşıllıqlar və ya onların yerləşdirilməsi üçün nəzərdə tutulan torpaqlarda; - Dövlət sanitar-epidemioloji xidməti tərəfindən təyin edilmiş müddət başa çatmayana qədər üzvi və radioaktiv tullantılarla çirklənmiş sahələrdə poliqonların yerləşdirilməsinə yol verilmir:

Toksik sənaye tullantılarının zərərsizləşdirməsi və basdırılması üzrə poliqonun obyektləri, bir qayda olaraq, aşağıdakı kimi yerləşdirilməlidir: - toksik sənaye tullantılarının zərərsizləşdirilməsi zavodu– əsas tullantı mənbəyi olan

Toksik sənaye tullantılarının növündən asılı olaraq materiallar haqqında məlumatlar (onların siyahısı, aqreqat halı: bərk, toz, pastaya oxşar, maye və sair, illik həcmi və ya çəkisi göstərilməklə), onların utilizasiya, zərərsisləşdirilmə və basdırılma proseslərinin metodları və təşkili, texnoloji sxemlərin layihələndirilməsi üçün texnoloji reqlament sənədləri layihənin sifarişçisinə aşağıdakı təşkilatlar tərəfindən verilməlidir:

İqtisadiyyat və Sənaye Nazirliyi – arsen tərkibli qeyri-üzvi bərk tullantılar və şlamlar; civə tərkibli tullantılar; sian tərkibli çirkab sular və şlamlar; tərkibində qurğuşun, sink, kadmium, nikel, sürmə, bismut, kobalt və onların birləşmələri olan tullantılar; tərkibində qalayın metalüzvi zəhərli birləşmələri, halogenüzvi və silisiumüzvi birləşmələr olan tullantılar; qələvi metalların, fosforüzvi birləşmələrinin tullantıları; tetraetilqurğuşun istehsalının şlamları; istifadə edilmiş üzvi həlledicilər (nazirliyə təhkim edilmiş məhsulların nomenklaturasına müvafiq olaraq); yararsız hala düşmüş və istifadəsi qadağan edilmiş pestisidlər; fosfor tərkibli və ftor tərkibli tullantılar və şlamlar; qalvanik istehsal tullantıları; neft emalı, neftkimya və şistkimya emalı tullantıları; xrom tərkibli tullantılar; şlamlar və çirkab suları; dəmir və nikel karbonili tullantıları.

Müdafiə Sənayesi Nazirliyi – arsen tərkibli qeyri-üzvi bərk tullantılar və şlamlar; civə tərkibli tullantılar; tərkibində qurğuşun, sink, kadmium, nikel, sürmə, bismut, kobalt və onların birləşmələri olan layihə 3 tullantılar; tərkibində qalayın metalüzvi zəhərli birləşmələri, halogenüzvi və silisiumüzvi birləşmələr olan tullantılar; istifadə edilmiş üzvi həlledicilər (nazirliyə təhkim edilmiş məhsulların nomenklaturasına müvafiq olaraq); qalvanik istehsal tullantıları; xrom tərkibli tullantılar; şlamlar və çirkab suları. Tullantıların təsnifatı və təhlükəliliyi zəhəli sənaye tullantılarının təsnifat sisteminə və tullantıların zəhərliliyinin müəyyən edilməsinə dair qüvvədə olan metodik tövsiyələrə uyğun olaraq müəyyənləşdirilir

Poliqonun tərkibində aşağıdakılar nəzərdə tutulmalıdır: - toksik sənaye tullantılarının zərərsizləşdirilməsi zavodu; - toksik sənaye tullantılarının basdırılması sahəsi; - toksik sənaye tullantıları daşınan xüsusi avtonəqliyyat üçün qaraj.

Əgər radiasiya təhlükəsi yaranıbsa, mütləq şəkildə həmin ərazidə torpaq, su, hava, tikililər və s. radioaktiv çirklənməyə məruz qalır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə şüalanma təhlükəsi bir o qədər artır. Radioaktiv tozla çirklənmiş hava külək vasitəsi ilə sürətlə yayılır və radioaktiv maddələr zamanla daha geniş ərazidə suyun və torpağın üst qatına çökür. Nəticədə, torpağın üst qatından dərinliklərinə çökən radioaktiv maddələr canlıların qida və su vasitəsilə radiasiya təhlükəsi ilə üzləşməsinə zəmin yaradır. Bu səbəbdən, ərazidən küləyin əks istiqamətinə doğru uzaqlaşmaq lazımdır.

Qeyd etdiyimiz kimi, radioaktiv çirklənmə əhalinin sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına da ciddi ziyan vurur. Bu zaman çirklənmiş ərazidə istehsal olunan kənd təsərrufatı məhsullarının istifadəsinə, balıqçılıq və ovçuluğa qadağalar qoyulur. Böyük miqyaslı radiasiya təhlükəsi yarandıqda isə kilometrlərlə, bəzən də on kilometrlərlə ərazidən insanların təxliyyəsi təşkil olunur.

Radiasiyanın insan orqanizminə təsiri- Radioaktiv maddələr orqanizmə daxil olduqda sinir sisteminin funksiyası pozulur, qalxanabənzər vəzini, ağ ciyərləri, mədə-bağırsağın selikli qişasını zədələyir və nəticədə, insan bədənindəki hüceyrələr sıradan çıxır. Çox zaman hüceyrələrin bərpasına orqanizmin gücü çatmır, daxili orqanların fəaliyyəti pozulur, infeksion xəstəliklərə qarşı immunitet zəifləyir və insan həyatı üçün ciddi təhlükə yaranır.

Neft və kimya sənayesi yüksək inkişaf etmiş dövlət olaraq Azərbaycanın radioaktiv tullantıların utilizasiyası sahəsində son illər gördüyü işlər təqdirəlayiqdir.Çində Xuasi adlı məşhur milyonerlər şəhəri var. Bu şəhər 1960-cı illərdə yaradılıb və yüksək inkişafa nail olunub.Şəhərin qurucularından olan Jenbao bu illər ərzində 35 minlik əhlinin hər birinin milyonçu olmasına nail ola bilib. Lakin, milyardlıq gəlirlər ekoloji problemlər yaradanda Jenbao kimya zavodlarını bağlayıb çirkab suların təmizlənməsi üçün1,5 milyon sərmayə yatırıb. "Bizə qızıl dağlar lazımdır, amma bundan da çox şəffaf sular və yaşıl meşələr lazımdır" deyə o bildirib. Bax bəşəriyyətə əsl xidmət budur. Bu gün dünyanı qan çanağına çevirən böyük güclər torpaq uğrunda, sərvət uğrunda qan tökürlər, ekoloji problemlər yaradırlar. Çox maraqlıdır, sonra o böyük, təhlükəli torpaqlarda yaşamaq üçün insan qalacaqmı?

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »