Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı
Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.

Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:

24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı

25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı

26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı

27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı

28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı.

Ümumilikdə geridə qalan istirahəıt günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »