Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT TŞ Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunub.

Sənədlə bağlı səsvermə Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclası zamanı keçirilib.

Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləyib. Səkkiz ölkə sənədin “əleyhinə” səs verib, dörd ölkə “bitərəf” qalıb.

Son xəbərlər
Bütün xəbərlər »