NATO-ya üzv ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini tam dəstəklədiklərini ifadə ediblər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının təcili iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Baş katib həmçinin qeyd edib ki, alyans BMT-nin Suriyada sülhə nail olunması səylərini dəstəkləyir və Rusiyanı Dəməşqin Cenevrə prosesində iştirakını təmin etməyə çağırır.