Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suriyanı növbəti zərbələrlə hədələyib

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə ki, ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır.

"Prezident dedi ki, əgər növbəti hücum (kimyəvi silahdan istifadə-red) olsa, biz hərəkət etməyə hazırıq", - deyə o bildirib. N. Heyli xəbərdarlıq edib ki, kim ABŞ prezidentinin "qırmızı xətti"ni keçməyə çalışsa, o, hərəkət edir.

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa şənbə gününə keçən gecə Suriyanın hökumət obyektlərinə raket zərbələri endiriblər. Ölkə rəhbərlərinin fikrincə, həmin obyektlər kimyəvi silahın istifadəsində istifadə olunur.

Rusiya hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »