Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşət: İŞİD anaya öz balasının ətini yedirdib - VİDEO

İraq millət vəkili Vian Dakil açıqlaması ilə bütün dünyanın diqqətini çəkib.

Milli.Az "Metro"ya istinadla bildirir ki, Vian iddia edib ki, İŞİD-in seks köləsi olaraq saxladığı qadın öz uşağını yeməyə məcbur edilib. Belə ki, İŞİD tərəfdarları qadının oğlunu öldürüb, bişirib, qadına yediriblər.

3 gün qapalı yerdə saxlanılan qadına yemək verilməyib. Ac susuz qalan qadına düyünün yanında oğlunun bişmiş əti verilib. Qadın isə onu adi ət zənn edib və yeyib. Yeməyi yedikdən sonra İŞİD-çilər bildirib ki, o, öz oğlunun ətini yeyib.

O, həmçinin bildirib ki, İŞİD üzvləri 10 yaşlı qızı bacısının və atasının gözü qarşısında zorlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »