Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN mətbuat xidməti: Altı müxalifətçinin inzibati həbsi barədə iddialar yalandır

“Milli Şuraya daxil olan partiya və birliklərin funksionerlərinin son günlər onların 6 üzv və tərəfdarının inzibati qaydada həbs olunduğu barədə iddiaları əsassızdır və yalandır”.

Bunu APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

E. Zahidov bildirib ki, son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyi üçün respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub: “Onların arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər, hər kəs ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır? Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”.

Son xəbərlər
Bütün xəbərlər »