Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Heç bir raketimiz və təyyarəmiz vurulmayıb
raket-0

“Amerikalı hərbçilərin Suriyaya atdığı “Tomahawk” raketlərinin heç biri problemlə qarşılaşmayıb”.

APA-nın xəbərinə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi deyib. O, bütün raketlərin hədəfə çatıb-çatmadığı və texniki çatışmazlıqların yaranıb-yaranmadığı haqda suala cavabında “Tomahawk”ların hər hansı probleminin olmadığını söyləyib.

K. Makkenzi əməliyyat zamanı Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələrinin işi haqda məlumata malik olmadıqlarını vurğulayıb: “Bizim heç bir raketimiz və təyyarəmiz Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmayıb. Rusiya sistemlərinin işə salındığı haqda məlumata malik deyilik. Suriya rejimi tərəfindən 40-a yaxın “yer-hava” raketi buraxılıb, lakin bunların əksəriyyəti bizim zərbələrimiz başa çatdıqdan sonra baş verib. Görünür, rejim bu raketlərin bir çoxunu ballistik trayektoriya üzrə, yəni hədəf göstərilmədən buraxıb. Rejimin bu səyləri onun xalqı üçün riskləri artırırdı, çünki raketi havaya hədəfsiz buraxırsansa, o, harasa düşəcək”.

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Qonşu ölkədə təyyarə reysləri bərpa olunur - Foto
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »