Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” Gəncədə qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə yalnız bir qarşılaşma keçirilib.

Günün yeganə matçı Gəncədə baş tutub. Çempionatın lideri “Qarabağ” səfərdə “Kəpəz”lə görüşüb.

Son 14 matçda uduzmayan Qurban Qurbanovun yetirmələri bu dəfə də uğurlu seriyasını davam etdirib. “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Belə ki, matçın 23-cü dəqiqəsində Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Bu, onun Topaz Premyer Liqasında ilk qolu olub.

Qeyd edək ki, sabah “Sumqayıt” “Keşlə”, “Zirə” “Neftçi”, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Son xəbərlər
Bütün xəbərlər »