Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
26 yaşlı qadın güllələndi
Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »