Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
25 yaşlı qadın intihara cəhd edib
Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib. Hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında - dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır. (Report)

Son xəbərlər
Bütün xəbərlər »