Çərşənbə axşamı, mayın 20-də Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə birliyin xarici siyasət departamentinin rəhbəri Kaja Kallas "X" telekanalının efirində bildirib.
“Aİ Rusiyaya qarşı 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan 17-ci sanksiya paketini təsdiqləyib”, - deyə Kallas qeyd edib.
O, əlavə edib ki, yeni tədbirlər həm də “hibrid təhdidlər və insan hüquqları”nı hədəf alır. Blokun Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çalışdığını vurğulayan siyasət departamentinin rəhbəri: “Rusiya nə qədər uzun müddət müharibə aparsa, cavabımız bir o qədər sərt olacaq”, - deyə əlavə edib.
Qadir, Bizimyol.info