Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio və Vens Papanı ziyarət edir
Rubio və Vens Papanı ziyarət edir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio dünən Vatikanda Papa XIV Leo ilə görüşüblər.

Bizimyol.info xəbər verir ki, Vens ABŞ prezidenti Donald Trampın dəvət məktubunu Çikaqoda doğulan ilk Amerika Papasına çatdırıb.

2019-cu ildə katolikliyi qəbul edən Vens ofisindən verilən açıqlamada Amerikanın “Chicago Bears” futbol komandasının üzərində XIV Leo adını daşıyan köynək də hədiyyə edilib.

Vatikan tərəfindən verilən açıqlamada iki ölkə arasında yaxşı ikitərəfli əlaqələrdən məmnunluq duyulduğu və beynəlxalq gündəmə aid bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Bu arada, ABŞ mediasının Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, Vens bir gün əvvəl İsrailə planlaşdırdığı səfərini ləğv edib, çünki bu, ABŞ-ın Qəzzada artan hərbi əməliyyatlarını dəstəklədiyi anlamına gələ bilərdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »