Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qısqanc ər arvadının sevgilisini "İdeal ər" tamaşasında döydü
Moskvada Çexovun “İdeal ər” tamaşasında əsl "tamaşa" yaşanıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva Bədaye Teatrının binasına daxil olan kişi tamaşaçıların gözü qarşısında arvadının sevgilisini döyüb.

Sonra məlum olub ki, qadın tamaşaya sevgilisi ilə gəlibmiş. Bu zaman onları əri yaxalayıb. Belə ki, qısqanc ər arvadının çantasında “İdeal ər” tamaşasına biletləri görüb və arvadının kiminlə tamaşanı izləyəcəyini öyrənmək üçün onu izləmək qərarına gəlib.

Arvadının sevgilisini görən kimi də onun üstünə atılıb və onun başına zərbələr endirib. Teatrın mühafizə xidməti qəzəbli ərin əlindən qadının dostunu güclə alıb və polisə təhvil verib.

Aydın olub ki, münaqişəyə “səbəb” olan qadın bir həftə əvvəl ərinə ayrılacağını deyibmiş.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »