Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifətçi deputat dama çıxaraq intihara cəhd edib
Müxalifətçi deputat dama çıxaraq intihara cəhd edib

Sloveniyada müxalifətdə olan Sloveniya Demokratik Partiyasından (SDS) olan deputat Andrej Hoivik cümə günü Sloveniyada parlament binasının damına çıxıb və özünü yerə atmaqla hədələyib.

Bizimyol.info xəbər verir ki, parlamentin damından izdiham qarşısında çıxış edən Hoivik baş nazir Robert Qolobu da daxil olmaqla, heç kimi günahlandırmadığını deyib. "Bu ölkəyə etdikləri düzgün deyil", - deyə Hoivik qışqırıb.

Hoivik hadisə zamanı damda olan bir qadına qışqıraraq: "Zəhmət olmasa, yaxın gəlməyin, bir addım da atsanız, özümü aşağı atlayacam", - dediyi eşidilib.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım qrupları cəlb olunub. Millət vəkili Hoivik yanğınsöndürənlər tərəfindən damdan endirilib. Polis hadisə zamanı xəsarət alan olmadığını bildirib.

Hoivikin intihara cəhdinin səbəbi məlum olmasa da, Sloveniya mediası deputatın böhran keçirdiyini və son həftələrdə yorğunluq və emosional tükənmə əlamətləri göstərdiyini bildirib.

SDS lideri və keçmiş baş nazir Janez Jansa sosial mediadakı paylaşımında: "Dayan Andrej Hoivik, sən tək deyilsən", - deyə qeyd edib. SDS parlament qrupu da açıqlamasında bildirib: "Bəzən həyatın bizə atdığı sınaqlar çox çətin ola bilər. Hər kəsdən anlayış gözləyirik".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »