Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: Yalnız iki dövlətli həll Yaxın Şərqdə sülhü təmin edə bilər
Quterreş: Yalnız iki dövlətli həll Yaxın Şərqdə sülhü təmin edə bilər

Yaxın Şərqdə davamlı sülh yalnız İsrail və Fələstin arasında iki dövlət həllinin həyata keçirilməsi ilə əldə edilə bilər.

Bizimyol.info xəbər verir kiunu Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Yalnız iki dövlət prinsipi davamlı sülhü təmin edə bilər: İsrail və Fələstin sülh və təhlükəsizlik şəraitində birgə yaşamalı, Qüds BMT qətnamələri, beynəlxalq hüquq və əvvəlki razılaşmalara uyğun olaraq hər iki dövlətin paytaxtına çevrilməlidir”, - deyə  Quterreş  İraqın “Əl-İxbariyyə” telekanalında yayımlanan çıxışnda bildirib.

BMT-nin baş katibi iyunun 17-də Nyu-Yorkda keçirilməsi gözlənilən iki dövlətli həll konfransının tərəflərə razılaşma əldə etmək üçün “kritik fürsət” verəcəyini bildirib. "Bu problemin həlli heç vaxt bu qədər zəruri olmamışdır - və təəssüf ki, daha uzaqdır. Beynəlxalq ictimaiyyət Fələstin probleminin həlli üçün bu kritik anda böyük məsuliyyət daşıyır", - deyə Quterreş bildirib.

Qəzza zolağındakı vəziyyətlə bağlı danışan BMT-nin baş katibi deyib ki, o, “daimi atəşkəs, bütün girovların heç bir şərt olmadan azad edilməsi və anklava humanitar yardımın çatdırılmasının bərpası”nda israrlıdır – bunların hamısı dərhal həyata keçirilməlidir. Quterreş  həmçinin "Fələstinlilərin Qəzza daxilində köçürülməsinə və onları Zolaqdan kənara çıxarmağa cəhdlərinə qəti şəkildə qarşı olduğunu" bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »