Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məsud Pezeşkianın Bakıya səfərindən sonra ölkələrimiz arasında münasibətlər yeni bir müstəviyə keçib"
"Məsud Pezeşkianın Bakıya səfərindən sonra ölkələrimiz arasında münasibətlər yeni bir müstəviyə keçib"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İranın Azərbaycana səfir təyin olunması ilə bağlı açıqlama verib. Bekati bildirib ki, məsələ üzərində iş gedir və tezliklə yekunlaşacağına ümid edir. Xatırladaq ki, İranın Azərbaycana səfir təyin etməsi ilə bağlı söhbət ötən aydan davam edir. Ötən günlərdə Bəkayi deyib ki, Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir. Bu da iki ölkə arasında münasibətlərin normallaşması sürəcinə daxil olduğundan xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan qonşuları ilə münasibətlərin normallaşdırılmasında, əməkdaşlığın genişləndirilməsində və regionda davamlı sülhün olmasında maraqlıdır.

Azər Badamov Azər Badamov

Azər Badamov vurğulayıb ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra ölkələrimiz arası münasibətlərin yeni bir müstəviyə keçdiyini deyə bilərik.

“Azərbaycanla İran arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ortaq layihələr icra olunur. Belə ki. Şimal-Cənub nəqliyyat dəhlizi və Araz dəhlizinin tikintisinin tam şəkildə başa çatdırılması İranın Qara dənizə və digər istiqamətlərə çıxış imkanları genişlənəcəkdir”-deyən deputat qeyd edib ki, İranın ölkəmizə təyin olunacaq yeni səfirin də ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə ümid edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »