ABŞ prezidenti Donald Tramp Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 15-də təsdiqlənmiş qrafikdən kənar İstanbula səfərini istisna etməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
“Bu, müharibəni bitirmək üçün bir fürsətdir. Türkiyəyə bu səfər haqqında düşünəcəm. Sabah iş qrafikimiz tam doludur, başa düşürəm. Amma insanların həyatını xilas etmək üçün cədvəli dəyişməyə də hazıram”, - deyə o, prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
Qadir, Bizimyol.info






