Britaniya hökuməti son bir neçə gündür ki, gərginliyin azaldılması üçün Hindistan və Pakistanla danışıqlar aparır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News"a Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib.
“Biz artıq bir neçə gündür ki, tərəflərlə qarşılıqlı əlaqədəyik, deeskalasiyaya nail olmağa çalışırıq. Biz hər iki ölkə ilə dialoq aparırıq, xarici işlər naziri Hindistan və Pakistandan olan həmkarları ilə danışır. Biz şadıq ki, bu gün atəşkəs haqqında razılıq əldə olunub və indi bunun möhkəm və uzunmüddətli olması zəruridir”, - deyən Starmer əlavə edib ki, qonşu dövlətlər arasında münasibətlərin kəskin şəkildə pisləşməsi "son dərəcə narahatedicidir".
Yeni Dehli və İslamabad şənbə günü atəşkəs barədə razılığa gəliblər. Hərbi danışıqlardan sonra “hər iki tərəfin Hindistanın standart vaxtı ilə saat 17:00-dan (15:30) quruda, havada və dənizdə bütün atəş və hərbi fəaliyyətləri dayandırması barədə razılıq əldə edilib.
Lakin bir neçə saat sonra Cammu və Kəşmir və Pəncabın bir neçə şəhərində pilotsuz təyyarələr aşkar edilib, hava hücumundan müdafiə sistemləri işə salınıb, elektrik enerjisi kəsilib.
Qadir, Bizimyol.info