Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov CNN teleşirkətinə deyib.
"Biz bu haqda düşünməliyik. Bu, yeni bir irəliləyişdir. Bizim öz mövqeyimiz var", - deyə o bildirib.
Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin “bir neçə gün əvvəl üç günlük atəşkəs elan edib”. “Kiyevdən hər hansı reaksiya eşitmisiniz? Xeyr, biz də eşitmədik. Cavab verə bildimədiyinə və ya cavab vermək istəmədiyinə görə Kiyevin tənqid edildiyini eşitmisiniz? Yox. Əgər Kiyev atəşkəs istəyirsə, niyə atəşi ən azı üç gün dayandırmayaq?”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Avropa liderlərinin mayın 12-dən etibarən 30 günlük atəşkəs təklifi Rusiyanı “küncə sıxırmı” sualına Peskov mənfi cavab verib. “Yox, mən belə düşünmürəm”, - deyə Kremlin sözçüsü bildirib.
Mayın 9-da Rusiya mətbuatının sualını cavablandıran Peskov bəyan edib ki, nüanslar nəzərə alınmadan Ukrayna ilə uzunmüddətli atəşkəsin əsaslı müzakirəsi mümkün deyil. O, daha sonra "ABC News"a bildirib ki, Kiyevə silah tədarükünü dayandırmadan atəşkəs "Ukraynanın xeyrinə olacaq və Ukrayna cəbhəyə daha çox qoşun göndərməklə total şəkildə səfərbər olmağa davam edəcək".
Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin sülh və diplomatik üsullarla həlli üçün mümkün olan hər şeyi edir.
Qadir, Bizimyol.info