Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır

İran nüvə proqramı ilə bağlı ABŞ, Avropa ölkələri, həmçinin Çin və Rusiya ilə dialoqa davam edir.

Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“ABŞ, Çin, Avropa və Rusiya ilə danışıqları xoş niyyətlə davam etdiririk”, - deyə Ərəqçi Ərəb-İran dialoqunun dördüncü konfransının açılışında deyib. O, İranın “nüvə silahına sahib olmağa can atmır”, lakin öz xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcəyini bir daha vurğulayıb.

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına səfərindən sonra şənbə günü Dohaya gəlib. Mayın 11-də Omanda İran və ABŞ arasında nüvə dosyesi üzrə vasitəçilərin iştirakı ilə danışıqların dördüncü raundu keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »