Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minir
Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minir

Hindistan və Pakistan atəşkəs barədə razılığına gəliblər.

Bizimyol.info xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Vikram Misri brifinqdə deyib.

Nazirlik nümayəndəsinin qeyd etdiyi kimi, yerli vaxtla saat 15:35-də (14:05) Pakistanın hərbi əməliyyatlar komandiri Hindistanın hərbi əməliyyatlar komandirinə zəng edib. "Hərbi danışıqlardan sonra, hər iki tərəfin Hindistanın standart vaxtı ilə saat 17:00-dan (15:30) quruda, havada və dənizdə bütün atəş və hərbi fəaliyyətləri dayandırması barədə razılığa gəlindi", - deyə Misri qeyd edib.

"Bu gün hər iki tərəfə bu razılaşmanın necə həyata keçirilməsi ilə bağlı göstərişlər verilib və hərbi əməliyyatların komandirləri mayın 12-də saat 12:00-da (10:30) yenidən danışacaqlar", - deyə Misri bildirib.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə "terrorçuların yerləşdiyi" 9 hədəfi vuraraq "Sindoor" əməliyyatına başlayıb. "NDTV"nin mənbələrə istinadən verdiyi məlumata görə, 70-dən çox terrorçu öldürülüb, 60-dan çoxu yaralanıb. Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Bundan sonra Pakistan qisas hücumu həyata keçirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »