Moskva növbəti sanksiyalardan qorxmayacaq: o, uyğunlaşıb və necə cavab verəcəyini bilir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Qərb ölkələrinin, o cümlədən Böyük Britaniya və Almaniyanın yeni sanksiyalar tətbiq etmək təhdidlərini belə şərh edib.
"Biz artıq sanksiyalara öyrəşmişik. Artıq bu sanksiyalar elan edildikdən sonra nə edəcəyimizi, onların nəticələrini necə minimuma endirəcəyimizi və s. Biz bunu öyrənmişik. Ona görə də bizi bu sanksiyalarla qorxutmaq vaxt itkisidir. Özlərinə yer tapa bilməmələri isə daha çox onların problemidir”, - deyə Peskov "VGTRK"yə müsahibəsində deyib.
Qadir, Bizimyol.info