Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Vyetnam dövlətlərini yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir"
"Azərbaycan və Vyetnam dövlətlərini yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir"

Vyetnam 10-cu əsrdə Çindən müstəqillik əldə etdi və öz milli mədəniyyətini inkişaf etdirməyə başladı. Vyetnam xalqı 19-cu əsrdə tədricən Hind-Çini adı altında Fransız koloniyasına çevrilənə qədər müstəqilliklərini həmişə qoruyub saxlamışdılar. Fransanın öz ölkələrinə təcavüzündən, sərvətlərinin və əməyinin istismarından narahat olan vyetlilər öz lideri Ho Şi Minin rəhbərliyi ilə müstəqillik uğrunda mübarizəyə başladılar və bu işdə uğur qazandılar. Onlar müstəqilliklərini fransızlardan əldə etdilər...

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi Azərbaycan və Vyetnam coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

“Azərbaycan-Vyetnam münasibətlərindən danışarkən Vyetnam xalqının böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Cənab Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində Heydər Əliyevin Vyetnama səfərinin əhəmiyyətindən də bəhs edib. Ümummilli lider Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olmuşdu. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməl üzərində qurulmasının əsası oldu. Çünki Heydər Əliyevin səfəri zamanı Fransa işğalından, ABŞ ilə uzun və yorucu müharibədən, həmçinin digər dövlətlərin müdaxiləsindən sonra Vyetnam qlobal proseslər fonunda ikinci dəfə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək oldu. Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan ilə Asiya ölkələri arasındakı əməkdaşlıq son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Çünki ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur”-deyə deputat qeyd edib.

Azər Badamov bildirib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir: “Əlbəttə ki, münasibətlərin inkişafında Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı müsbət təsir göstərəcək və yeni perspektivlər açacaq. Əminliklə deyə bilərik ki, bu səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »