Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın Asiya qitəsi, Yaxın və Orta Şərqlə əlaqələrini genişləndirməsi şaxələnmiş siyasətə nümunədir"
"Azərbaycanın Asiya qitəsi, Yaxın və Orta Şərqlə əlaqələrini genişləndirməsi şaxələnmiş siyasətə nümunədir"

1940-cı illərin sonlarında fransızlar Hind-Çindəki müstəmləkələrinə - Vyetnam, Kamboca və Laosa nəzarət etmək üçün çalışırdılar. ABŞ-ın maliyyə yardımına baxmayaraq, Fransa müstəmləkəçiliyinə qarşı millətçi üsyanlar öz təsirini göstərməyə başladı. 7 may 1954-cü ildə Vyetnamdakı Dien Bien Phuda fransızların nəzarəti altında olan qarnizonu Vyetnam millətçisi Ho Şi Minin başçılıq etdiyi dörd aylıq mühasirədən sonra yıxıldı. Dien Bien Phu'nun süqutundan sonra fransızlar bölgəni tərk etdilər. Fransa 1945-ci ildən sonra Hind-Çinində öz mövqeyini bərpa etməyə cəhd etsə də, Laos 1949-cu ildə müstəqilliyini əldə etdi, Kamboca isə 1953-cü ildə müstəqil oldu. Fransa 1949-cu ilə qədər Vyetnama öz muxtariyyətini vəd etsə də, millətçi Ho Chi Minh-in təsirinə qarşı çıxmaq üçün fransızlar keçmiş imperator Bao Dayı bərpa etməyə cəhd etdilər, lakin o, heç vaxt Ho Chi Minh qədər populyar olmadı və Vyetnamın müstəqillik hərəkatı böyüməyə davam etdi. Nəhayət, Bao Dai ikinci dəfə taxtdan əl çəkdi və həyatını Fransada sürgündə yaşadı. 1946-cı ildə fransızlarla uğursuz müzakirələrdən sonra Vyetnamın şimal hissəsində Ho Şi Minin Vyet Min qüvvələri ilə fransız qoşunları arasında ümumi müharibə başladı. Və 9 il sonra Vyetlilər qələbə qazandılar...

Azərbaycan və Vyetnamın tarixində müəyyən bənzərliklər var...

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Vyetnam arasında münasibətlərin son inkişafı həm də Azərbaycanın xarici siyasətdə şaxələnməyə getməsi və balanslı siyasət yürütməsi ilə bağlıdır.

Oqtay Qasımov Oqtay Qasımov

“Son dövrlər, xüsusilə də Asiyaya yaxın Orta Şərq prioritet istiqamət kimi görünməkdədir. Bunun da əsas səbəblərindən biri qeyd etdiyimiz kimi, xarici siyasətin şaxələndirilməsi, balanslaşdırılması və Azərbaycanın hazırda beynəlxalq mövqeyindən istifadə edərək həm əlaqələrin genişləndirilməsi, həm də Azərbaycanın maraqlarının daha ardıcıl şəkildə müdafiə olunmasını təmin etməkdir. Vyetnam rəhbərinin Azərbaycana səfəri də, məhz bu qəbildəndir. Nəzərə alaq ki, hər iki dövlət bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. Ticarət dövriyyəsi əslində çox da yüksək olmasa da, bu əlaqələr mövcud olub. Xüsusilə də, Azərbaycan neftinin Vyetnama satışı mövcuddur.

Ötən gün keçirilən görüşlərdə olduqca vacib məsələlər müzakirə olundu və münasibətlərin yeni səviyyəyə qaldırılması, eyni zamanda bütün istiqamətlər üzrə əməkdaşlıqların gücləndirilməsi üzrə qərar verilməsi vacib bir məsələdir”-deyən politoloq qeyd edbi ki, Vyetnam son illər inkişaf edən dövlətlər sırasındadır və iqtisadiyyatı getdikcə güclənməkdədir.

“Xüsusilə, elektronika sahəsində Vyetnamın təcrübəsi kifayət qədər yüksəkdir. Bundan başqa, tərəflər enerji, ticarət, mədəniyyət, təhsil, iqtisadiyyat sahəsində də əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə ediblər.

Azərbaycanın özünün son dövrlər aktiv xarici siyasət həyata keçirməsi, Asiya qitəsi və Cənub Şərqi Asiya dövlətləri ilə əlaqələrin gücləndirilməsi, Yaxın və Orta Şərqlə əlaqələrin genişləndirilməsi də bu istiqamətdə qeyd olunmalı əsas məqamlardır”-deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »