Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Səudiyyə Ərəbistanında regional liderlərlə görüşəcək
Tramp Səudiyyə Ərəbistanında regional liderlərlə görüşəcək

ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Fars körfəzi ölkələrinin dövlət başçıları ilə görüşməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, sammitdə Tramp “ABŞ-ın Yaxın Şərqdəki rolu ilə bağlı öz baxışını” təqdim etməyi, həmçinin administrasiyasının regiondakı hədəflərini açıqlamağı gözləyir. Səudiyyə Ərəbistanı ilə birlikdə Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Omanın da daxil olduğu Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səudun dəvəti ilə toplantıda iştirak edə bilərlər.

Portal qeyd edir ki, digər dövlət başçılarının iştirakı hələ dəqiqləşdirilməyib, lakin bunu istisna etmək də olmaz. Görüşün mayın 14-də baş tutacağı gözlənilir.

Ağ Ev daha əvvəl Trampın mayın 13-dən 16-dək Yaxın Şərqə səfərə gedəcəyini, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »