Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pul bazası nədir? Azərbaycanın pul bazasında azalma iqtisadiyyata necə təsir edəcək? - İqtisadçı şərh edir
Pul bazası nədir? Azərbaycanın pul bazasında azalma iqtisadiyyata necə təsir edəcək? - İqtisadçı şərh edir

2025-ci il mayın 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 3.6% və ya 778.8 milyon manat azalaraq 20 milyard 719.3 milyon manata enib. Bu barədə yerli mətbuat Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1% azalıb, son 1 ildə isə 3.6% artıb.

Pul bazası nədir? Açıqlanan rəqəmlər nə deyir? Azalma iqtisadiyyata necə təsir edəcək?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, pul bazası dövriyyədə olan nağd pul həcmi üstəgəl bankların Mərkəzi Bankda saxladıqları ehtiyatlardır. Qısa desək, Mərkəzi Bankın öhdəlikləridir.

Əkrəm Həsənov Əkrəm Həsənov

“Pul bazası iqtisadi aktivliyin artması və azalmasından xəbər verir. Artma aktivliyin də artmasına dəlalət edir. Amma bu zaman inflyasiya göstəricisi də nəzərə alınmalıdır. Çünki məsələn baza 5 faiz artdı, inflyasiya isə 6 faizdir. Bu da o deməkdir ki, iqtisadi aktivlik əslində azalıb. Çünki iqtidadiyyatda yeni dəyərlər, aktivlər yaranmayb, sadəcə qiymət artıb. Bizdəki bu azalma cüzidir. Bir ay cüzi artır, sonra azalır, amma təxmini 20 milyard manat civarındadır. İnflyasiya isə var, deməli, iqtisadi aktivlik ölkədə azalıb”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »