Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə İran şirkətlərinin investisiyası əməkdaşlığımızı gücləndirəcək"
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə İran şirkətlərinin investisiyası əməkdaşlığımızı gücləndirəcək"

İran Ticarət və Sənaye Palatasının prezidenti Səməd Həsənzadə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasının vacibliyini qeyd edib. Səməd Həsənzadə bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra burada irimiqyaslı inkişaf layihələri həyata keçirilməyə başlandı. Yol tikintisi, bəndlər, elektrikləşdirmə, xəstəxana və məktəb tikintisi sahələrində çalışan İran şirkətləri bu layihələrdə fəal iştirak etməyə hazırdır.

Qarabağın bərpasında İranın iştirakı nə dərəcədə uyğundur?

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə etdiyi rəsmi səfərin ölkələrimiz arası münasibətlərdə yeni səhifə açdığını deyə bilərik və səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arası ticari-iqtisadi əməkdaşlığının dərinləşdirilməsinə imkan verəcək.

Azər Badamov Azər Badamov

“Dövlət başçımız İran prezidenti ilə keçirdiyi biznes forumda İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə investisiya layihələrinin icrasında iştirak edə biləcəyini qeyd etdi. Bu gün işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur. Bu ərazilərdə sənaye parkları, aqroparklar salınır və yeni müəssisələr tikilir. O cümlədən, infrastruktur layihələri icra olunur”-deyən deputat qeyd edib ki, İran şirlkətləri müvafiq prosedur qaydaları icra etməklə işğladan azad edilmiş ərazilərdə aparılan layihələrdə iştirka etmək imkanına malik olacaqlar və bu proses həm ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, həm də bölgədə aparılan yenidənqurma və bərpa işlərinin sürətlə icra olunmasına töhfə vermiş olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »