Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olundu
Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.

O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, E. Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb.

Mətbuatın yazdığına görə, E. Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.

Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »