Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətbuat Şurası seçkilərlə bağlı məlumat yaydı
“Jurnalistlərin fəaliyyətinə hər hansı maneələr olmayıb”

Saat 08.00-dan 15.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Bu barədə məlumat Bizim Yol-a Mətbuat Şurasından daxil olub. Məlumatda deyilir: “Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 9 saylı Binəqədi birinci, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 30 saylı Suraxanı birinci, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı 20 saylı Nərimanov ikinci, “APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu birinci, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal birinci və 14 saylı Xəzər, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 29 saylı Səbail, “Azadinform” İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev 10 saylı Binəqədi üçüncü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov 45 saylı Abşeron, Milli Məclisin deputatı Cavanşir Feyziyev 22 saylı Nəsimi ikinci, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 16 saylı Yasamal ikinci,“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 45 saylı Abşeron, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai dördüncü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 34 saylı Xətai ikinci, “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev 23 saylı Nəsimi-Səbail, “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov 29 saylı Səbail, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını müşahidə ediblər, hər hansı maneə qeydə almayıblar.

Mətbuat Şurasının monitorinq qrupunun üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.

Bir daha bildiririk ki, Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 30 telefon, həmçinin (050) 242 09 91 və (055) 201 99 26 mobil nömrələri 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq «qaynar xətt» rejimində fəaliyyətdədir.

Saat 08.00-dan 15.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb”.

Son xəbərlər
Bütün xəbərlər »