Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 26-na olan hava proqnozu
Aprelin 26-na olan hava proqnozu

Aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq.

Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »