Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 3 məşhur Bakıya gələcək
Oktyabrın 2-də Azərbaycanda ilk dəfə keçiriləcək WBC (Ümumdünya Boks Şurasının) Konvensiyasına 500-dək ən tanınmış peşəkar boksçu, hakim və digər rəsmi şəxs qatılacaq.

"Report"un məlumatına görə, bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov bildirib. A.Rəhimov deyib ki, tədbirə keçmiş və hazırkı ən tanınmış ulduz boksçuların da qatılacağı gözlənilir:

"Onların arasında Mayk Tayson, Evander Holifild və Entoni Coşua kimi dünya çempionları da yer ala bilər. Biz onları da dəvət etmişik ki, gəlsinlər, Bakı ilə tanış olsunlar. Nəticədə peşəkar boks həvəskarları da fikirlərini Azərbaycana yönəldəcəklər və paytaxtımızın yeni tamaşaçılarına çevriləcəklər".

Qeyd edək ki, Mayk Tayson və Evander Holifild artıq karyeralarını başa vurublar. Entoni Coşua isə aprelin 29-da Vladimir Kliçkoya qalib gələrək, 3 versiya üzrə dünya çempionu olub.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »